Bu Amnistiya Aktının 15 minə qədər şəxsə şamil olunması gözlənilirbackend

Bu Amnistiya Aktının 15 minə qədər şəxsə şamil olunması gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Zəfər Günü münasibətilə elan edilən Amnistiya Aktı çərçivəsində hazırki dövrədək 1300-dən çox məhkum azadlığa buraxılıb və ya cəza müddəti azaldılıb.
TİA.AZ xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə “AzərTAc”da dərc olunan məqaləsində bildirib.
Nazir qeyd edib ki, amnistiyanın 15 minə qədər şəxsə şamil olunması gözlənilir: “Bu Amnistiya Aktı tətbiqi dairəsinin genişliyinə görə bütün digər belə aktlardan fərqlənir. Belə ki, o həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Bununla yanaşı, ədliyyə orqanları, o cümlədən penitensiar və probasiya xidmətləri tərəfindən amnistiyanın 15 minə qədər şəxsə tətbiq olunması gözlənilir.
Cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində son illər ərzində cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.
Bu dəyişikliklər nəticəsində 2200 məhkum cəzadan tamamilə azad edilib, 3500 məhkumun isə cəza müddəti azaldılıb”.