Bu ailələrə planşetlər lizinqə verilsin – İqtisadçı alimdən təklifbackend

Bu ailələrə planşetlər lizinqə verilsin – İqtisadçı alimdən təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Şagirdlərin sayı 2 və ondan çox olan ailələrə planşetlərin lizinqə verilməsi məqsədəuyğun olardı”.
TİA.AZ xəbər verir ki, bunu iqtisadçı ailim Qubad İbadoğlu deyib. O bildirib ki, təhsil ili başlayandan telefon və digər cihazlara (planşet, kompüter və sairə) tələbatın artması həm birinci, həm də ikinci əl bazarlarda qiymətləri durmadan bahalaşdırır:
“Hazırda ehtiyat hissələrinin çatışmazlığı problemini yaşayan təmirçilər lazım olan detalları baha qiymətə aldığından göstərdikləri xidmətlərin tarifini də qaldırırlar. Bu bazarda müşahidə olunan qiymət artımları xüsusilə də çoxuşaqlı ailələrin texnikaya çıxış imkanlarını məhdudlaşdırır və onların təhsildən kənarda qalmasına gətirib çıxarır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bütün bunlarla yanaşı, internet xərcləri artsa da, bu sahədə xidmət bazarında keyfiyyət dəyişikliyi müşahidə olunmur. Hazırda ölkədə 1.6 milyon şagird təhsil alır, onların 1 milyon 200 mini regionlarda yaşayır. Bölgələrdə isə təhsil alan şagirdlərin problemləri (internetə çıxış və qoşulmaq üçün cihazlarla bağlı) daha kritikdir. Statistik məlumatlara görə, 30 mindən çox ailədə təhsil alan şagirdlərin sayı 2 və ondan çoxdur. Onlar eyni saatda, eyni vaxtda dərsə qoşula bilmirlər. Belə situasiyada ən azından həmin ailələrə planşetlərin lizinqə verilməsi məqsədəuyğun olardı”.
Qubad İbadoğlu hesab edir ki, bu il üçün 3 milyard manatdan çox olan təhsil büdcəsindən bu məqsədlə vəsait ayrıla, yaxud da 43,3 milyard dollar aktivləri olan Dövlət Neft Fondundan belə ailələrə planşetlər hədiyyə oluna bilər:
“Bu işi 480 milyon manatlıq ehtiyat fonduna malik olan prezident də edə bilər. Heç olmasa, büdcədən 33 milyon manat maliyyə yardımı alan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti müharibəqabağı çal-çağırları yığışdırıb teledərslər təşkil etsin. Elə bil ki, millətin qəsdinə durublar, uşaqların normal təhsil almağında maraqlı deyillər. Arzulayırlar ki, gənc nəsil də avam, bisavad böyüsün, cəmiyyət üçün də cahil və xurafatçılar yetişsin”.