BRÜSSEL GÖRÜŞÜ XANKƏNDİDƏKİ ERMƏNİLƏRƏ NƏ VERDİ? – ŞƏRHbackend

BRÜSSEL GÖRÜŞÜ XANKƏNDİDƏKİ ERMƏNİLƏRƏ NƏ VERDİ? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsseldə Bakının maraqları kontekstində əsas nəticə Qarabağdakı ermənilərin taleyi ilə bağlı oldu: müharibədən sonra ilk dəfə Xankəndidə qalanlar “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” adı altında müzakirə edilir. TİA.Az xəbər verir ki, siyasi ekspert Asif Nərimanlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Qərb masasında qəbul edilir ki, ermənilər Azərbaycanda bütün millətlər kimi bərbərhüquqlu vətəndaş olurlar, digər etnik azlıqlarla eyni hüquqlar verilə bilər: “Onlara erməni dilində mətbuat, yaxud teatr kimi mədəni təşəbbüslər üçün şərait yaradıla bilər və s;
Hərçənd, sərhəd və kommunikasiyanın açılması məsələsi üzrə razılaşmada suallar yaradan məqamlar var. Aİ “sərhədin hansı kriteriya ilə müəyyən ediləcəyini və sabitliyin necə təmin ediləcəyini tərəflərin öz öhdəsinə” buraxır və bu, Moskvanın prosesə müdaxiləsinə şərait yaradır.
Razılaşmaların praktiki mərhələdə işləyəcəyi ehtimalı azdır, xüsusilə toqquşan və uzlaşan maraqların müxtəlifliyi bölgədə qeyri-sabit perspektiv vəd edir”.

TİA.Az