Britaniyanın koronavirusa yoluxmuş baş naziri xəstəxanaya yerləşdirildi – VİDEObackend

Britaniyanın koronavirusa yoluxmuş baş naziri xəstəxanaya yerləşdirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın koronavirusa yoluxmuş baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report” “Sky News” telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı deyib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik”, – deyə Boris Conson həmin gün bildirib.

Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.