Britaniyanın kəşfiyyat təyyarəsi Rusiya sərhədini pozdubackend

Britaniyanın kəşfiyyat təyyarəsi Rusiya sərhədini pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “RC-135” kəşfiyyat təyyarəsi Rusiya sərhədini pozub.

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada Barents dənizi üzərində Rusiya müdafiə sistemləri tərəfindən hədəfin aşkar edildiyi bildirilib.
Bunun üçün Rusiyaya məxsus “Mig-31BM” döyüş təyyarəsi havaya qalxıb.

“Sözügedən hədəfin Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” elektron kəşfiyyat və döyüş təyyarəsi olduğu müəyyən edilib. Bu təyyarə Svyatoy Nos burnu bölgəsində Rusiya Federasiyasının dövlət sərhədini pozub”, – deyə açıqlamada qeyd olunub.