Britaniyalı idmançı 155 gün dayanmadan üzdü – VİDEObackend

Britaniyalı idmançı 155 gün dayanmadan üzdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdmançı Ross Ecli Böyük Britaniyanı dövrə vuran ilk insan olub və Ginnesin Rekordlar kitabına düşüb.

TİA.AZ  xəbər verir ki, bununla bağlı “Sky News” telekanalı məlumat yayıb.

Bildirilib ki, iyulun 1-də Kent qraflığının Marqit şəhərindən üzməyə başlayan idmançı 155 günə 1780 mil (2864 kilometrə yaxın) məsafəni qət edib və quruya çıxmayıb. Bəzən o, gün ərzində 12 saat üzüb.

O, Ginnesin Rekordlar kitabına avqustun 12-də, səyahətinin 74-cü günündə düşüb.

Bu müddət ərzində o, 500 min kalori itirib və 500 banan yeyib.