Tribuna İnformasiya Agentliyi

Britaniyada növbəti “Brexit” istefası

01 Dekabr
Böyük Britaniyanın elm və universitetlər naziri Sam Gyimah istefa verib.
TİA.AZ BBC-yə istinadən xəbər verir ki, nazir Böyük Britaniyanın Avropa İttifaqı ilə əldə edilmiş “Brexit” razılaşmasındakı bir nüansa görə istefa verib. Gyimah razılaşmada “Galileo” peyk-naviqasiya sistemi ilə bağlı bir məqamın Britaniyanın mənfəətinə uyğun olmadığını bildirib.
Qeyd edək ki, Sam Gyimah Britaniyada “Brexit” razılaşmasına etiraz olaraq istefa verən 10-cu hökumət üzvüdür.