Britaniya parlamentinə erməni qruplaşmalarının Qarabağdan çıxarılmasını tələb edən qətnamə təqdim olunubbackend

Britaniya parlamentinə erməni qruplaşmalarının Qarabağdan çıxarılmasını tələb edən qətnamə təqdim olunub

Böyük Britaniya parlamentinin İcmalar Palatasında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qətnamə təqdim edilib.

TİA.AZ xəbər verir ki, qətnamə təşəbbüsü İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekmen tərəfindən irəli sürülüb.

Qətnamədə qeyd olunur ki, Ermənistan tərəfdən 27 sentyabr 2020-ci ildə başlayan və hər gün artan təcavüzkarlıq aktları Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun Ermənistan tərəfindən qeyri-qanuni işğalının səbəb olduğun Ermənistan-Azərbaycan münaqişəsində silahlı qarşıdurmanı daha da gücləndirir.

“İcmalar Palatası Birləşmiş Krallıq hökumətini Ermənistanı 1994-cü ildə imzalanan atəşkəsin kobud şəkildə pozulmasına, habelə Azərbaycanın silahlı qüvvələri və dinc əhalinin mövqelərinin intensiv atəşə tutulması zamanı iriçaplı silahlar, minaatan və artilleriyadan istifadə etməsinə mühakimə etməyə çağırır və daha sonra hökuməti Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə əsasən, Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən olan qüvvələrini geri çəkilməsini tələb etməyə səsləyir”, – qətnamədə deyilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki