Britaniya kəşfiyyatı: “Rusiya həbsxanalarındakı bəzi məhbuslar “vaqner”çilər sırasına cəlb edilə bilər”backend

Britaniya kəşfiyyatı: “Rusiya həbsxanalarındakı bəzi məhbuslar “vaqner”çilər sırasına cəlb edilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində kiçik irəliləyişlər əldə etməyə davam edir. Rusiya tərəfi özü isə bəzi qəsəbələri ələ keçirdiyini iddia edir”.

TİA.AZ xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri həmçinin Slovyansk və Kramatorsk şəhərlərinə doğru E-40 əsas təchizat marşrutu üzrə hücumlarını davam etdirir: “Rusiya qüvvələri, ehtimal ki, Ukrayna qüvvələrinə hərbi təzyiq göstərəcək. Eyni zamanda Rusiya qoşunlarının yaxın gələcəkdə növbəti hücumlar üçün yenidən qruplaşdırılacağı gözlənilir”.

Kəşfiyyat məlumatlarında vurğulanıb ki, Rusiya Silahlı Qüvvələrində kadr çatışmazlığı yaranıb: “Buna görə də Rusiya həbsxanalarındakı bəzi adamlar “Vaqner” özəl hərbi şirkətinə cəlb edilə bilər. Belə olsa, bu, şəxsi heyətdəki çatışmazlığı əvəz etməkdə çətinliklər olduğunu göstərəcək”.