Tribuna İnformasiya Agentliyi

Britaniya kəşfiyatı Putini ifşa etdi: “Noviçok” zəhəri Saratovda hazırlanıb…

06 Aprel
Rusiya KİV-ləri son günlər ata-qız Skripalların zəhərlənməsində Rusiyanın əli olduğunu iddia edən Britaniya hakimiyyətinin ittihamlarının təsdiq olunmadığı barədə geniş təbliğat aparırlar.
Moderator.az “The Times” qəzetinin məlumatına görə xəbər verir ki, dünən Britaniya xüsusi xidmət orqanları zəhərin Saratov vilayətinin Şixana bazasında hazırlandığını bəyan ediblər.
Britaniya kəşfiyyatı bu nəticəyə gəlib ki, Skripalların zəhərlənməsində istifadə olunan “Noviçok”zəhəri Rusiyanın Saratov vilayətinin Şixana şəhərindəki hərbi-elmi tədqiqat bazasında hazırlanıb.
Britaniya kəşfiyyatçıları bildiriblər ki, döyüşdə istifadə etmək üçün “Noviçok”un ehtiyatları Şixanada  çox az qalıb. Məhz bu fakta görə nəticəyə gəlinib ki, Şixanadakı zəhər qətl üçün istifadə olunub.
“Britaniya kəşfiyyatı Rusiyanı və Şixananı dəqiq göstərir. Şübhə yoxdur ki, ruslar indi orda izi itirmək işləri görür” –  Britaniyanın yüksək rütbəli hərbçisi Hemiş de Bretton belə deyib.