Brilliant Dadaşova koronaya yoluxdu: 3 vərəq dərman yazan həkimləri evdən qovun – VİDEObackend

Brilliant Dadaşova koronaya yoluxdu: 3 vərəq dərman yazan həkimləri evdən qovun – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xalq artisti Brilliant Dadaşova koronovirusa yoluxub.
TİA.AZ xəbər verir ki, müğənni bu barədə İnstagram səhifəsində video paylaşıb.
O bildirib ki, həkimlərin yazdığı müalicəni etmir:

“Həkim evə gəldi, 3 vərəq dərman yazdı. Bizə xəstəxanaya getməli olduğumuzu dedilər. Mən icazə vermədim. Dedim, eybi yox nə olacaqsa, evdə olsun. Yazdıqları resepti götürüb atdım xalam oğlunun yoldaşına. Baxıb dəhşətə gəldi ki, kovid sizin evdəkiləri öldürməz amma bu dərmanlar 100 faiz öldürər. Bu dərmanlar çox ağır dərmanlardır. Böyrəyi, ciyəri məhv edər.
Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Üç vərəq dərmanların heç bir faydası yoxdur. Ən əsası, əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə, hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar”.