Tribuna İnformasiya Agentliyi

Braziliyada dinə hörmətsilzik – FOTOLAR

19 Noyabr

Braziliyada hər il ənənəvi olaraq keçirilən “Miss Bumbum” müsabiqəsinin qalibləri bəlli olub. 

Braziliyada hər il ənənəvi olaraq keçirilən “Miss Bumbum” müsabiqəsinin qalibləri bəlli olub.

TİA.AZ Publika.az-a istinadən xəbər verir ki, müsabiqədə Braziliyanın ən cazibədar ombalarına sahib olan xanımların adları müəyyənləşdirilib. Bu ilki müsabiqənin qalibi Braziliyanın Baiya ştatından olan 24 yaşlı Erika Kanela olub. O, mükafat kimi model agentliklərinin biri ilə sərfəli müqavilə imzalayıb, habelə təxminən $ 15.000 dollar pul qazanıb. Yeri gəlmişkən qeyd edək ki, Erika müsabiqədə qalib gələn yeganə qara dərili qadındır. 

Braziliyalı gözəl jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, qalib olmasından dolayı çox xoşbəxtdir.

“Mən bununla öz anama borcluyam”, – deyə Erika əlavə edib.

Lakin mükafat uğrunda mübarizə prosesində də xoşagəlməz məqamlar olmadan ötüşməyib. Denni Moraiş və Kerin Elvişeyv bir-birini fırıldaqçılıqda ittiham edib. Onlar bildiriblər ki, qarşı tərəf münsiflərə rüşvət verib. Bundan başqa, Moraiş, qarşı tərəfi ombalarına gel vurdurmaqda ittham edib. Kerin öz növbəsində, bunu inkar edib və hər kəsi inandırıb ki, onun ombaları tamamilə təbiidir.

Müsabiqənin təşkilatçıları tərəfindən 8 finalçının çəkildiyi foto da ciddi mübahisələrə səbəb olub. Məsələ ondadır ki, bu foto Leonardo da Viçinin “Sonuncu şam yeməyi” əsərini xatırladır. Katoliklərin əksəriyyəti hesab edirlər ki, bu, dini dəyərlərə hörmətsizlikdir. Onlar “Miss Bumbum” müsabiqəsinin Braziliyanın milli dəyərlərinin iflasının göstəricisi kimi qiymətləndirib. Braziliya sakinlərinin əksəriyyətinin fikrincə, belə yarış insanlarda Braziliya haqqında yanlış fikir yaradır. 

Məlumat üçün bildirək ki, rəsm əsərinin mövzusu Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülüb. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirib.