Tribuna İnformasiya Agentliyi

Braziliyada təyyarə yaşayış evinin üzərinə düşüb – VİDEO

01 Dekabr

Cümə günü Braziliyanın San-Paulu şəhərinin şimalında şəxsi təyyarənin yaşayış evi üzərinə düşməsi nəticəsində 2 nəfər ölüb.

TİA.AZ  TASS-a istinadən xəbər verir ki, bu barədə San-Paulunun yanğın xidmətinin “Twitter” mikrobloqu məlumat yayıb.

Bildirilir ki, qəza zamanı daha 12 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb olunublar.

Bundan əvvəl Amerikanın İndiana ştatında korporativ təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.