Tribuna İnformasiya Agentliyi

Braziliyada qarətçilərlə polis arasında atışma olub, 12 nəfər ölüb

08 Dekabr

Braziliyada qarətçilərlə polis əməkdaşları arasında baş vermiş silahlı insident nəticəsində 12 nəfərhəyatını itirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Seara ştatının kiçik Milaqris şəhərciyində qeydə alınıb.

Quldur dəstəsi şəhərin baş küçəsində yerləşən iki bankın bankomatlarını qarət etmək istəyib. Atışma nəticəsində 6 qarətçi və ikisi uşaq olmaqla 5 girov ölüb.

İlkin məlumatlara görə, 2 nəfər polis tərəfindən saxlanılıb. Qarətçilər pulları da götürərək iki furqon maşınla hadisə yerindən uzalaşıblar. Onlardan birinin meyiti qarətçilərin ərazidə qoyub getdikləri maşında aşkar edilib. Qanun keşikçiləri qaçan cinayətkarları vertolyotla axtarırlar.