Tribuna İnformasiya Agentliyi

Braziliya – Meksika: Braziliya qalib gəldi- 2:0(VİDEO)

02 İyul

DÇ-2018-in 1/8 final mərhələsində Braziliya və Meksika milliləri üz-üzə gəlir.

TİA.AZ-ın FİFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:

Braziliya: Alison, Faqner, T. Silva, Miranda, F. Luis, Koutinyo, Kasemiro, Paulinyo, Villian, Neymar, Q. Jezus

Meksika: Oçoa, Alvares, Ayala, Salsedo, Qalyardo, R. Markez, K. Vela, Herrera, Quardado, Lozano, X. Ernandes

Oyunun 51-ci dəqiqəsində Braziliyanın ulduzu Neymar hesabı açıb-1:0

Oyunun 89-cu dəqiqəsində İngiltərənin “Liverpul” komadasının şərəfini qoruyan Roberto Firmino Braziliyanın qələbəsini təmin edən qola imza atıb-2:0