Braziliya-Meksika: 42-ci qarşılaşmanın qalibi kim olacaq?backend

Braziliya-Meksika: 42-ci qarşılaşmanın qalibi kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün mundialda növbəti 1/8 oyunları olacaq; Yaponiya ilə qarşılaşan Belçika 22 oyundur uduzmur…

Bu gün mundialda növbəti 1/8 oyunları olacaq; Yaponiya ilə qarşılaşan Belçika 22 oyundur uduzmur…

Rusiyada davam edən futbol üzrə dünya çempionatında bu gün növbəti 1/8 qarşılaşmaları olacaq. Saat 18:00-da Braziliya və Meksika münasibətlərini aydınlaşdıracaqlar. Saat 22:00-da isə Belçika və Yaponiya qarşılaşması başlayacaq.

42-ci dəfə kim qalib gələcək?

Bu mundialda Braziliya və Meksika millisi qədər bir-birlərini yaxşı tanıyan çətin ki, ikinci komanda olsun.  Cənubi Amerikanın bu iki təmsilçisi indiyədək düz 41 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların tarixi 1950-ci il mundialından başlayır. Eyni qrupda mübarizə aparan milli komandaların ilk görüşündə Braziliya 4:0 hesabı ilə qalib gəlib.

Xatırlayırsızsa, bundan əvvəlki mundialda Meksika bu axşamkı rəqibləri ilə yenə bir qrupa düşmüşdülər. Həmin oyunda isə tərəflər qapılara qol vurmadan meydandan ayrılmışdılar.  Ümumiyyətlə, 41 qarşılaşmanın 24-də  Braziliya millisi üstün olub. Yalnız 14 görüşdə Meksika qalib gəlib. Sonuncu dəfə bu komandalar 2015-ci ildə yoldaşlıq görüşündə güclərini sınayıblar. Braziliya həmin oyununda 2:0 hesabı ilə qalib olub.

Beşqat dünya çempionu Braziliya öz qrupunda 7 xalla birinci yeri tutub. Braziliya ilk oyunda İsveçlə heç-heçə edib(1:1). Həmin oyun braziliyalı azarkeşlərdə böyük məyusluq yaratdı. Braziliya mundialdakı ilk oyunda Kountinyonun vurduğu qoldan sonra hesabı saxlamağa çalışdı. İsveç isə hesabı bərabərləşdirirək onlardan iki xal  “oğurladı”. Kosta- Rika ilə qarşılaşmada isə 90-cı dəqiqədə hesab açılmamışdı, yalnız əlavə olunmuş vaxtda  Braziliya 2 qol vuruldu. Serbiyaya 2:0 hesablı  qalibiyyət də asan olmadı.

Braziliya-Meksika ile ilgili görsel sonucu

Braziliya ev sahibliyi etdiyi 2014-cü il mundialında da indiki kimi parlaq çıxış etmirdi və finala gedib çıxa bilmədi. Bu mundialda da Braziliya fərqli oyun nümayiş etdirmir. Əlbəttə, onların püşkdə bəxti gətirmişdi və rəqibləri çox  güclü deyildilər. Braziliya tənqidlərə rəğmən, minimum planı yerinə yetirdi.

Bu 3 görüşdə qapılara 5 top vursalar da, Neymar,  Paulinyo, Fernandinyo və Firmonyo kimi ulduz futbolçular komandanı arxaları ilə apara bilmirlər. Yalnız Neymar effektlik yıxılmağı və artistlik bacarığı sayəsində özündən söz etdirə bilir.

Meksika qrupda ilk oyunu Almaniyaya qarşı keçirdi və minimal hesabla qalib gələrək ilk 3 xalı aktivinə yazdırdı. İkinci turda da Cənubi Koreyanı məğlub edərək (2:1) 1/8-ə vəsiqəni təmin etmiş oldu. Son turda isə Meksika gözlənilmədən İsveçə böyük hesabla (0:3) məğlub oldu.

Almaniya üzərində qələbədən sonra Meksikanı da bu mundialda dünya kubokuna iddiaçılar sırasına yazanlar oldu. Almaniya ilə oyunda Meksika doğrudan da həm hücumda, həm müdafiədə rəqiblərindən fərqlənirdi. Amma sonra məlum oldu ki, əslində Meksikanın qələbəsini o qədər də şişirtmək, uzaqgedən nəticələr çıxartmaq tələskənlikdir. Meksikanın haqqına girmədən qələbədə əsas səbəb Almaniyanın bərbad oyunu qeyd edilməlidir.

Meksika bu mundialda ən təcrübəli komandalardan biridir. 7-ci dəfədir ard-arda mundiala vəsiqə qazanan meksikalılar hər dəfə də qrupdan çıxmağı bacarıblar. Qrupdakı son məğlubiyyət Meksika millisinin müdafiə xəttində hər şey qaydasında olmadığını göstərdi. Meksikanın hücum xəttində Xavyer Ernandes və  Raul Xmines kimi Avropa klublarında oynayan futbolçular  mundialda zəif çıxış edir. “Çiçarito” kimi tanınan Xavyer Ernandesin artıq 30 yaşı var və bu, onun üçün son mundialdır. Bu gün isə bəlkə də son şans…

belçika dç 2018 ile ilgili görsel sonucu

Belçika 22 oyundur uduzmur

Belçika və Yaponiya millisi indiyədək 5 dəfə qarşılaşıblar. Bu qarşılaşmaların birində Avropa təmsilçisi qalib gəlib. İki oyunda isə rəqibləri güclü olub. İlk belə oyun 1999-cu ildə Klin Kuboku çərçivəsində olub. Oyunda hesab açılmayıb. 2002-ci ildə isə ilk dəfə mundialda bir qrupda mübarizə aparıblar. Həmin görüş isə 2:2 hesabı ilə başa çatıb. Son olaraq ötən il Brüsseldə  yoldaşlıq görüşündə qarşılaşıblar ki, bu oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Belçika FİFA reytinqində 3-cü sırada, rəqibləri isə 61-ci yerdə qərarlaşıblar. Gündoğan ölkənin təmsilçiləri bu mundialda autsayderlər sırasında göstərilirdi. Yaponiya 21 mundialdan yalnız 6-da iştirak edib. Buna qədər həm ev sahibi olduqları 2002-ci il, həm 2010-cu il mundialında 1/8 finala çıxa biliblər. Beləliklə, 6 dəfə mundialda iştirak edən yaponlar üç dəfə qrup mərhələsini keçə bilirlər. Belə autsayder olmur…

belçika yaponiya ile ilgili görsel sonucu

Yaponiya Seneqal, Polşa və Kolumbiya kimi komandalarla bir qrupda oynadıqları üçün onlar doğrudan da autsayder hesab oluna bilərdilər. Amma Yaponiya ilk oyunda Kolumbiyanı məğlub etdi. Seneqalla mübariz heç-heçə edən Yaponiya son turda qrupda  iki oynu uduzan Polşanın qəzəbinə gəldi. Minimal hesablı məğlubiyyətə baxmayaraq, Senqalla xalları bərabərləşdi. Yalnız sarı kartların sayına görə  onlar Seneqalı qrupdan evə göndərdilər. Halbuki Seneqal Belçikaya daha layiqli rəqib ola bilərdi.

Yaponiyanın bura qədər gəlməsi artıq bu komanda üçün uğurdur. Onlar Belçika ilə oyunda bütün gücləri ilə mübarizə aparacaqlar. Əslində bu cür qəliz rəqiblərlə qarşılaşma asan olmur. Amma Belçikaya sürpriz edəcəkləri o qədər də real deyil. Yaponlar cəhd edəcək, amma növbəti mərhələyə Belçikanın çıxacağl gözlənilir…

Belçika rəqiblərindən fərqli olaraq 1/8 mərhələyə yüz faizlik nəticə ilə vəsiqə qazanıb. “Qırmızı ilbizlər” hər üç oyunda qalib gəliblər. Komanda seçmə mərhələdəki kimi məhsuldar oynayır. Bu komanda 6-cı dəfədir 1/8-ə finala çıxır. Komanda ötən mundialda da mübarizəni 1/4 mərhələdə  dayandırıb.  Belçika artıq 22 oyundur uduzmur. Bekçika sonuncu dəfə 2016-cı ildə İspaniya ilə yoldaşlıq görüşündə məğlubiyyət acısını dadıb.

Nazim Sabiroğlu,