BQXK: “QARABAĞDA DAHA 200 ƏSGƏRİN NƏŞİ TƏRƏFLƏRİ VERİLİB”backend

BQXK: “QARABAĞDA DAHA 200 ƏSGƏRİN NƏŞİ TƏRƏFLƏRİ VERİLİB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu günə qədər döyüş meydanlarında qalmış 200-dən çox meyit tərəflərə verilib”. TİA.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer məlumat verib.
Onun sözlərinə görə, hazırda komitənin bölgədə əsas işi qaçqınların yerləşdirilməsini təmin etmək, öldürülən əsgərlərin nəşlərinin dəyişdirilməsi və əsirlərin dəyişdirilməsi prosesinə hazırlıqdır. “İlk cəhddə əsirlərin dəyişdirilməsinə başlayacağıq. Hazırda danışıqlar prosesi üçün son hazırlıqları həyata keçiririk. Biz fəaliyyətimizin gücləndirilməsini təklif etmişik”.
Xatırladaq ki, sentyabrın 27-dən başlayan və 44 gün davam edən Qarabağ savaşında Ermənistan ordusunun 5000 nəfərdən çox əsgər itirdiyi qeyd olunur. Hətta beynəlxalq qurumlar bu rəqəmin daha çox olacağını istisna etmilər. İndiyə qədər nəşlərin dəyişdirilməsi prosesi isə Şuşa şəhəri ətrafında həyata keçirilib. Təkcə, bir neçə gün əvvəl erməni tərəfinə döyüş meydanında qalmış 150 əsgərin cəsədi verilib.
Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan da dünən verdiyi açıqlamasında bildirib ki, təkcə, Şuşa ətrafından 300-dən çox erməni əsgərinin çəsədi çıxarılıb. Və bu rəqəmin daha da artacağından narahat olduğunu bildirib.