“BP Azərbaycan”-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya – Videobackend

“BP Azərbaycan”-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yayılmış bir videogörüntü izləyicilərin qəzəbinə səbəb olub.

BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia edilən şəxs özünü koronavirusdan qorumaq üçün əvvəlcə əllərini dezinfeksiya edir, sonra ayağını qaldırıb, ayaqqabı ilə liftin düyməsini basır. Eləcə də liftə daxil olarkən, eyni qaydada liftin düyməsini ayağı ilə basır. Bu hərəkəti ilə başqalarının əllə toxunduğu düymələrə mikrob yaydığını nəzərə almır. İstər adi vaxtda olsun, istərsə də koronavirus həyəcanı zamanı bu kimi hərəkət kimliyindən asılı olmayaraq heç bir vətəndaş tərəfindən edilməməlidir, yolverilməzdir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının cavabı isə bir qədər təəccüb doğurdu. ”Biz araşdırdıq, o görüntülərdəki bizim ofis deyil”.

Tamam Bayatılı Tamam Bayatlı

“Biz o görüntüləri görmüşük. Xəbərimiz var. Biz dəqiq araşdırmışıq, o lift bizim binada deyil, o ofis bizim ofis deyil. Digər məqamları araşdırırıq. Hər hansı yaşayış binası ola bilər. Hər bir halda biz BP olaraq bu kimi hərəkətləri düzgün hesab etmirik. O adam iş başında deyil. Ofislərimizdə iş dayanıb. Sadəcə, platformalarda və Səngəçalda olan əməkdaşlarımız gecə-gündüz neft , qaz təchizatını təmin etmək üçün işləyirlər. Biz onların sağlamlığını qorumaq və bu məhdudiyyətlər çərçivəsində hasilatı və ixracatı saxlamaqla məşğuluq. O görüntülər hardasa yaşayış binasında qeydə alınıb. Digər məqamları biz aydınlaşdırmaqdayıq”.