“Böyük iş olub, iki nəfər qucaqlaşıb…” – Deputat FNH əməkdaşlarının videosundan danışdıbackend

“Böyük iş olub, iki nəfər qucaqlaşıb…” – Deputat FNH əməkdaşlarının videosundan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının videosunu yayanların hamısını şiddətlə qınayıram. Minlərlə insan nə qədər amansız, ev yıxan, baş kəsən və özgə işinə burnunu soxan olub. Ayıbdır, vallah”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, videonu yayanların baxış, bəyənmə qazanmaq üçün yarışa çıxdığını vurğulayıb:

“Xeyli insan və digər ictimai-siyasi marağı olanlar da bunu dövlətə qarşı qoyur. Bu nədir, a kişi! Belə şey olar? Adam lap bunu edənlərdən yox, bunu bu şəkildə yayanlardan xəcalət çəkir. Özünün bundan da artıq pis əməlləri olanlar da yazır və paylaşır. Utanın!”.

Millət vəkili ölkədə bu tip şeylərdən də ağır və müzakirə olunası məsələlər olduğunu deyib:

“Böyük iş olub, iki nəfər “qucaqlaşıb”. Bilmədən, agah olmadan paylaşırlar. Bəlkə sizlər paylaşmaqla onların və yaxınlarının həyatına ciddi təhlükə törətmiş olursunuz?! Bədxah adamların qurduğu tora düşüb, özünüz də bilmədən düşmənlərin dəyirmanına su tökməyin”.