Bosniya və Herseqovinada təyyarə qəzası olub, ölənlər varbackend

Bosniya və Herseqovinada təyyarə qəzası olub, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bosniya və Herseqovinada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

TİA.AZ xəbər verir ki, bu barədə Sarayevo polisi məlumat yayıb.

“Təxminən saat 15:00 (Bakı vaxtı ilə saat 17:00) Nişiç yaylasında naməlum təyyarə qəzaya uğrayıb. Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası hadisə yerinə yollanıb, həkim iki nəfərin öldüyünü təsdiqləyib”, – polisin açıqlamasında deyilir.

Bosniya və Herseqovina Prokurorluğu ölənlərin Avstriya vətəndaşları olduğunu bildirib.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.