Boşanmaya səbəb Stallonenin bu döyməsi olub – İddiabackend

Boşanmaya səbəb Stallonenin bu döyməsi olub – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, amerikalı aktyor Silvestr Stallonenin həyat yoldaşı, model Cennifer Flavin 25 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

TİA.az  “People” nəşrinə istinadən xəbər verir ki, buna səbəb Stallonenin qoluna ölmüş itinin şəklini döymə etməsi olub.

O, itin şəklini həyat yoldaşının portretinin üzərindən döydürüb.

Stallonenin özü də boşanma xəbərini təsdiqləyib, lakin bunun döymə ilə heç bir əlaqəsi olmadığını bildirib: “Biz münasibətlərimizə belə adi mübahisəyə görə son qoymazdıq. Sadəcə müxtəlif istiqamətlərə getmək qərarına gəldik. Mən Cenniferə dərin hörmət bəsləyirəm. Həmişə onu sevəcəyəm. O, möhtəşəm qadındır”.

Qeyd edək ki, Stallone və Flavin 1997-ci ildə evləniblər. Bu evlilikdən onların üç qızı var.