BOS-da meydana girən azarkeşlər kim idi?: “Bu, AFFA-ya aid məsələ deyil”backend

BOS-da meydana girən azarkeşlər kim idi?: “Bu, AFFA-ya aid məsələ deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizin Portuqaliya ilə matçında məğlubiyyətlə yanaşı bəzi xoşagəlməz məqamlara da şahidlik etdik. Belə ki, görüşün sonlarına yaxın meydana bir neçə azarkeş daxil olaraq, Portuqaliya millisinin üzvləri ilə şəkil çəkdirdilər. Ancaq maraqlısı odur ki, həmin azarkeşlər çox rahat şəkildə, demək olar ciddi maneə ilə qarşılaşmadan meydana çıxmışdılar. Onlar yalnız şəkil çəkdirdikdən sonra asayiş keşikçiləri tərəfindən uzaqlaşdırıldılar. Bəs həmin azarkeşlər kim idi və necə oldu ki, belə rahatlıqla tribunalardan meydana keçə bildilər?

Suallarımızı əvvəlcə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Firuz bəy Qaynarinfo-ya açıqlamasında bu məsuliyyətin qurumun üzərinə düşmədiyini bildirdi:

“İlkin məlumat ondan ibarətdir ki, deyəsən əcnəbi idilər. Amma daha dəqiq öyrənmək üçün hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır. Çünki bu, AFFA-ya aid olan məsələ deyil. Meydana kənar şəxslərin daxil olmasının qarşısının alınması, onların uzaqlaşdırılması müvafiq strukturların öhdəliyindədir. Təhlükəslizliyi müvafiq güc strukturları təmin edir. Bizim elə resurslarımız yoxdur ki, bu məsələləri təmin edək. Heç belə bir resursumuzun olmasına ehtiyac da yoxdur. Biz də onlarla bağlı yalnız hüquq mühafizə orqanlarından məlumat ala bilərik. Adətən belə azarkeşlərin oyunlara gəlməsi ilə bağlı məhdudiyyətlər tətbiq olunur. Çünki qaydaları pozurlar. Həmin məlumatları biz müvafiq orqanlardan alacağıq”.

Məsələ ilə bağlı Azərbaycan millisinn və “Sumqayıt”ın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişovla da danışdıq. İbişov məsələ ilə əlaqədar araşdırma aparıldığını söylədi:

“Hələ araşdırmalar gedir. Hüquq mühafizə orqanları ilə bağlı toplantımız olacaq. Məsələni aydınlaşdırandan sonra ətraflı məlumat verəcəyik. Stadionda hər qurumun öz yeri var. İndi kimdən soruşsaz deyə bilər ki, “mənlik deyil”. Bu üzdən araşdırandan sonra mətbuata məlumat verəcəyik”.