Borrell Rusiyanı təhlükəli qonşu adlandırıbbackend

Borrell Rusiyanı təhlükəli qonşu adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya təhlükəli qonşudur. Lakin onunla əlaqə kanalını saxlamaq lazımdır”.

Bunu NATO ölkələri xarici işlər nazirlərinin Brüsselə keçirilən toplantısında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Cozef Borrell bildirib.

“Biz Rusiya ilə əlaqə kanallarını müzakirə etməliyik. Rusiya qonşudur, təhlükəli qonşudur, lakin biz onunla bir sıra məsələləri bölüşməliyik, hansı ki, bizim ümumi maraqlarımız var. Misal üçün İranın nüvə sazişi və iqlim dəyişikliyi ilə bağlı… Bununla yanaşı, biz Rusiyaya qarşı durmalı və müqavimət göstərməliyik”, – deyə Avropanın baş diplomatı vurğulayıb.