Borrel: “Rusiyanın daha bir neçə bankı SWIFT-dən çıxarılacaq”backend

Borrel: “Rusiyanın daha bir neçə bankı SWIFT-dən çıxarılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Maliyyə sektorunda daha çox Rusiya bankı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacaq”.

TİA.AZ xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Latın Amerikasına səfəri zamanı deyib.

Borrel bunun təfərrüatlarının açıqlamayıb.

“Hansı bankları deyə bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”, – Aİ rəsmisi Venesuelanın VPI telekanalının efirində jurnalistlərlə söhbəti zamanı qeyd edib.