BORİS CONSON GEDİR, PUTİN SEVİNİR, UKRAYNA MÜDAFİƏSİZ QALACAQ? – ŞƏRHbackend

BORİS CONSON GEDİR, PUTİN SEVİNİR, UKRAYNA MÜDAFİƏSİZ QALACAQ? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Boris Conson oktyabra qədər Britaniyanın baş naziri postunu tutacaq”. Bu fikri TİA.Az-a siyasi şərhçi Ramiyə Məmmədova bildirib. Onun sözlərinə görə, Consonu böyük ehtimalla hazırkı xarici işlər naziri Lizz Trass əvəzləyəcək: “Parlament onu baş nazir kimi təsdiq edəcək. Həmçinin Conson partiya liderliyindən gedəcək.

Lakin ingilis siyasəti dəyişməyəcək. Düzdür, Boris xarizmatik, fərqli lider idi, çox sərt və prinsipial siyasətçidir, amma London bir fiqurla idarə olunmur. Ona görə də Lizz Tras da baş nazir olsa, yenə Ukraynaya dəstək eyni qaydada davam edəcək”.

Ekspert hesab edir ki, Consonun gedişi Kremli sevindirə bilər: “Çünki onu sevmirlər və Peskov da açıq dilə gətirib. Amma Britaniya Putinə qarşı addımlarını yumşaltmayacaq”.