BORİS CONSON ERASI BİTDİ, UKRAYNA NECƏ OLACAQ? – ŞƏRHbackend

BORİS CONSON ERASI BİTDİ, UKRAYNA NECƏ OLACAQ? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Boris Conson və onun adminstrasiyası öz vəzifələrinin öhdəsindən gələ bilmədi”. Bunu TİA.Az-a beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili deyib. Onun sözlərinə görə, hazırda Londonun qarşısında duran məsələlər tamamilə fərqlidir.


“Böyük Britaniya iqtisadiyyatı son illərdə kifayət qədər ciddi təzyiqlər altındadır. Bu, təkcə pandemiya, dünyada olan ümumi inflyasiya ilə bağlı deyil, həmçinin Avropa İttifaqı ilə qırılan iqtisadi əlaqələr Böyük Britaniya iqtisadiyyatına ciddi təsirini göstərir. Bu kontekstdə Boris Conson və onun adminstrasiyası öz vəzifələrinin öhdəsindən gələ bilmədi. İqtisadiyyatla bağlı vəziyyət gərgindir.

Ona görə də hazırda Böyük Britaniyaya Avropa İttifaqı ilə yaxınlaşmaq lazımdır. Bunun üçün Ukrayna müharibəsi bu məsələdə böyük rol oynayır. Ukrayna prosesi həm Avropanı bir yerə yığır, həm də ABŞ-Avropa münasibətlərini nizama salır. Bu elə bir krizisdir ki, artıq ümumi qərb cəbhəsini formalaşdırır. Bu kontekstdə görürük ki, Londonla Brüssel arasında hələ də həll olunmayan məsələlər var.

Belə olan halda brekzitin simvolu olan Boris Consonun baş nazir olması çox ciddi problem ola bilərdi. Kontinentaldan Avropadan olan siyasətçilər Consonu yaxşı qəbul etmirlər, onlar üçün Conson Avropa İttifaqını zəiflədən, İngiltərəni ittifaqdan çıxaran bir siyasətçidir. Buna görə də belə bir siyasətçi onlarla əməkdaşlıq etmək istərkən nə Fransa nə Almaniya nə də digər kontinental Avropa ölkələri onun şəxsiyyətindən irəli gələn məqamlara görə İngiltərə ilə yaxınlaşmaq istəmirlər. İndiki şəraitdə isə yaxınlaşma Londona vacibdir. Ona görə də Consona bir müddətdir ki, ciddi təzyiqlər var idi”.

Aytac

TİA.Az