“Bolt” sürücüsü jurnalisti təhqir etdi – “Hələ də zəng edir, hədə-qorxu gəlir”backend

“Bolt” sürücüsü jurnalisti təhqir etdi – “Hələ də zəng edir, hədə-qorxu gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist “Bolt” taksi xidmətinin sürücüsü tərəfindən təhqir olunub.

Bakupost.az xəbər verir ki, Lent.az informasiya agentliyinin əməkdaşı Fidan İlqar özünün “Facebook” hesabında başına gələnlərlə bağlı paylaşım edib.
“Deməli, bu gün rəfiqəmlə İçərişəhərə getmək üçün “Bolt”dan taksi sifariş etdik (Taksinin gəlməsini uzun müddət gözlədik. Bu ayrı bir məsələ). Nə isə, taksi gəldi. Qapını açdıq ki, arxada başqa bir xanım oturub. Əyləşdik. Sürücü, “Xanım, sizdən qabaq olarmı, arxadakı xanımı ünvanına çatdıraq?”, – dedi. Biz də normal qaydada buna etiraz etdik. Etirazımıza razı olmayan sürücü nalayiq sözlər işlətməyə başladı. Bu da azmış kimi, arxadan xanım da “dilləndi”. Narazı olduğumuzu dediyimiz üçün bizə “tərbiyəsiz, sizin kimilərdir kişilərin üstünə qışqırıb, evdən didərgin salan”, – dedi. (Bunun məsələ ilə nə əlaqəsi olduğunu anlamadım).
Sürücü yolda maşını saxlayıb “tez olun, maşından düşün!”, – dedi. Biz yenə razı olmadıq. Təkid etdik ki, bizi ünvana çatdırsın. Sadəcə şok içində izləyirdik. Artıq səsləri daha da yüksəldi. Ailə üzvlərimizə qarşı nalayiq sözlər işlədildi. Bu qəbul edilməzdir!
Bu da son deyil. Bizi ünvana çatdırandan sonra zəng edib onu şikayət edəcəyimizi dediyimiz üçün hədə-qorxu gəlir. Bu cür insanlar, daha doğrusu “insan cildinə girmiş şəxslər” niyə orda işləyir? Həmin sürücü şikayət etdiyimiz üçün hələ də dayanmadan zəng edir, hədə-qorxu gəlməyə çalışır…”, – deyə jurnalist bildirib.
Qeyd edək ki, sözügedən taksi xidməti ilə bağlı bu ilk şikayət deyil.