Tribuna İnformasiya Agentliyi

BOLQARISTANDAN TÜRK JURNALİSTLƏRƏ QADAĞA

24 Mart

TİA.AZ  Türkiyənin“Milliyyət” nəşrinə istinadən bildirir ki, Bolqarıstanda bazar günü keçiriləcək parlament seçkiləri ərəfəsində bəzi siyasi partiyalar, Türkiyədə yaşayan ikili vətəndaşların Bolqarıstana gedərək səs vermələrini istəmədiklərini dilə gətirib.  

BOLQARISTAN TÜRK JURNALİSTLƏRNİN ÖLKƏYƏ GİRİŞİNƏ İCAZƏ VERMİR


TİA.AZ  Türkiyənin“Milliyyət” nəşrinə istinadən bildirir ki, Bolqarıstanda bazar günü keçiriləcək parlament seçkiləri ərəfəsində bəzi siyasi partiyalar, Türkiyədə yaşayan ikili vətəndaşların Bolqarıstana gedərək səs vermələrini istəmədiklərini dilə gətirib. 

Qapıqüllə Sərhəd Qapısının qarşısında olan Kapitan Andreyevo Sərhəd Qapısı yaxınlığında etiraz aksiyası keçirməsi səbəbindən, bolqar  rəsmiləri türk jurnalistlərinin ölkəyə girişinə, “təhlükəsizlik” səbəbilə icazə vermədi.


Bolqarıstanda bazar günü keçiriləcək ümumi seçkilərdə türklərin qurduğu Hüquq və Azadlıqlar Hərəkatı Partiyası (HAHP) ilə Məsuliyyət, Azadlıq və Tolerantlıq Üçün Demokratlar Partiyası da (MATDP) iştirak edəcək. Seçkilər öncəsi çərşənbə günü Qapıqüllə Sərhəd Qapısının qarşısında olan Kapitan Andreyevo, Sərhəd Qapısının qarşısında bəzi bolqar partiyalar, seçkilərdə Türkiyədə yaşayan ikili vətəndaşların ölkələrinə gəlib səs vermələrini istəmədiklərini bildirərək, aksiya keçirdi. Əllərində bolqar bayraqları saxlayan aksiyaçılar yola zəncir çəkib, maşın təkərləri ilə bağlayıblar.

Həmin bölgədə bu gün daha böyük bir etiraz aksiyası keçirilməsi səbəbindən, bölgədə bolqar polisi tərəfindən sıx təhlükəsizlik tədbirləri görülüb. 


Eyni zamanda səhər saatlarında Bolqarıstana səs vermək üçün avtobuslarla gələn ikili vətəndaşlar Qapıqüllə Sərhəd Qapısından problem yaşamadan qarşı tərəfə keçə biliblər.

Bolqar rəsmiləri, aksiya olacağını bildirərək, jurnalistlərin girişlərinə “təhlükəsizlik” səbəbilə icazə verilmədiyini bildirdi. Qapıqüllə Sərhəd Qapısında dayanan jurnalistlərə icazə verilmədiyi üçün iki ölkə arasındakı  neytral zonada  gözləməyə davam edirlər.

İlahə