Bolqarıstandan Rusiyaya zərbəbackend

Bolqarıstandan Rusiyaya zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan öz limanlarını Rusiya gəmiləri üçün bağlayacaq.

TİA.AZ xəbər verir ki, bu barədə Bolqarıstanın nəqliyyat naziri Nikolay Sıbev yerli KİV-lərdən birinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, Avropa Komissiyası ilə razılaşmadan sonra baş verəcək.

“Nəqliyyat Nazirliyi Bolqarıstan limanlarının Rusiya bayrağı altında üzən gəmilər üçün bağlanmasının mümkünlüyünü təsdiqləyib, çünki biz müharibəni bitirməkdə maraqlıyıq. Avropa İttifaqı kifayət qədər effektiv iqtisadi blokada qura bildi və hesab edirik ki, bu, hazırda ən səmərəli addımdır”.