Azərbaycanda bölmə rəisi Bakı-Qazax yolunda qəza törətdi, ölən varbackend

Azərbaycanda bölmə rəisi Bakı-Qazax yolunda qəza törətdi, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunun Kür qəsəbəsinin bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

TİA.AZ  xəbər verir ki, “Report”un məlumatına görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində – Aşağı Quşçu kəndinin yaxınlığında olub.
Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Araşdırma aparılır.
Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib.