“Bolluq LTD” şirkətində 15 minlik yeyinti aşkar edildibackend

“Bolluq LTD” şirkətində 15 minlik yeyinti aşkar edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə  Şirvan şəhər prokurorluğundan bildirilib.

Aparılmış araşdırma zamanı  MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Gündüz Həsənli tərəfindən 2020-ci il noyabrın 01-dən 2021-ci il aprelin 19-dək  olan dövrə 69 müştəri üzrə mədaxil və məxaricə dair həyata keçirilmiş əməliyyatlarda 15 min 400 manat məbləğində çatışmazlıq aşkar edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə-şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin)  məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.