Boliviyanın keçmiş prezidenti 15 il müddətinə həbs oluna bilərbackend

Boliviyanın keçmiş prezidenti 15 il müddətinə həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boliviya Baş Prokurorluğu dövlət çevrilişi ilə bağlı işdə keçmiş müvəqqəti prezident Janin Anyes üçün 15 il həbs tələb edir.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu baş prokuror Xuan Lançipa ​​məhkəmə iclaslarının yekun mərhələsi başlamazdan əvvəl deyib.

“Baş Prokurorluq xanım Janin Anyes üçün məhkəmədən 15 il istəyəcək”, – “Paxina Syete” qəzeti onun sözlərindən sitat gətirir.

Aneys keçən il martın 13-dən həbsdədir. Dövlət çevrilişi işinin bir hissəsi olaraq o, terror, fitnə və sui-qəsddə ittiham olunub. Anyes özünü siyasi təqib qurbanı hesab edir.