Boliviyada prezidentin simvolları oğurlanıbbackend

Boliviyada prezidentin simvolları oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boliviyada ölkə prezidenti Eva Moralesin simvolları oğurlanıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Los Tiempos nəşri xəbər verib.

Bildirilir ki, banda üzvlərindən biri artıq həbs olunub.

Prezidentin fərqlənmə nişanları olan medal və lentin Koçabamba şəhərinə çatdırılması planlaşdırılırdı. Morales orda hərbi paradda iştirak etməli idi.

Simvolların daşınmasında məsul olan mühafizəçi avqustun 8-nə keçən gecə təyyarəyə gecikir və onları El Alko şəhərində park elədiyi avtomobilə qoyur. Qeyd edək ki, həmin yer şəhərin ən kriminal rayonlarından biri sayllır.

Canilər maşının şüşəsini qıraraq, prezidentin əşyaları olan çantanı oğurlayırlar. Sonra isə dövlət cinayəti törətdiklərini anlayaraq, telekanalların birinə zəng edir və oğurlanan əşyaların La Pas kilsəsi yaxınlığına qoyduqlarını deyirlər.

Prezident simvollarının tapıldığına baxmayaraq, Boliviya polisi istintaqa başlayıb. Məlum olub ki, qarəti Peru vətəndaşları olan 4 nəfərlik cinayətkar dəstə həyata keçirib. Onlardan biri saxlanılıb.

Həmçinin əşyaları nəzarətsiz qoyan mühafizəçi səhlənkarlıq maddəsi ilə həbs olunub.

Oğurlanan əşyalar içində ən qiymətlisi qızıldan hazırlanan və brillintlarla bəzədilmiş medal olub. 1825-ci ildə ilk dəfə toplanan Boliviya Parlamenti bunu Cənubi Amerikanın milli qəhrəmanı Simon Bolivara hədiyyə etmişdi.