Bölgədə suyu bulandıran yeganə dövlət Rusiyadır – Zərdüşt Əlizadəbackend

Bölgədə suyu bulandıran yeganə dövlət Rusiyadır – Zərdüşt Əlizadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Azərbaycan tərəfi qətiyyətlə bunun yerinə yetirilməsini tələb edir. Ona görə də cəbhədə vəziyyət gərgindir”.
Bu fikriləri Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan Silahlı Qüvvələri hərbi birləşmələrinin Kəlbəcər, Laçın və Zəngilan rayonu istiqamətində təxribat törətməsilə bağlı danışarkən deyib.
Politoloq qeyd edib ki, hansısa genişiqyaslı müharibə olmayacaq:
“Genişmiqyaslı müharibə üçün Ermənistanın gücü və imkanı yoxdur. Azərbaycanın isə əsas istəyi Ermənistanın üçtərəfli bəyanatda olan öhdəlikləri həyata keçirməsidir. Ermənistanın nə qisas almağa, nə də müharibə aparmağa imkanı var. Sadəcə, Ermənistan köhnə xülyalarından əl çəkmək istəmir. Ermənistan anlayanda ki, Qərbdən, Şimaldan ona heç kim kömək etməyəcək, ağlı başına gələcək. Ondan sonra öhdəlikləri yerinə yetirməyə başlayanda gərginliyə son qoyulacaq. Ermənistan həmişə Qərbə, Rusiyaya güvənib, lakin axır vaxtlar bir az da İrana güvənməyə başlayıb. Amma Ermənistan heç kimə güvənməsin və tezliklə üçtərəfli bəyanatda olan şərtləri yerinə yetirsin. Son 30 ildə vaxtaşırı Ermənistanın vəziyyəti gərginləşdirməsinin şahidi olmuşuq. 44 günlük Vətən Müharibəsindən sonra böyük bir müharibənin olacağına inanmıram. Çünki yeni müharibə nə Azərbaycana, nə də Ermənistana lazımdır”.
Z.Əlizadə hesab edir ki, xarici qüvvələrin yeni müharibə ocağının yaranmasında marağı ola bilər:
“Bölgədə suyu bulandıran yeganə dövlət Rusiyadır. İranın Cənubi Qafqazda təsir imkanları çox məhduddur. Yəni, bu qazanda İranın çömçəsi yoxdur. Lakin Rusiya və bir az da Qərbin çömçəsi var. Hazırda sülh müqaviləsinə ehtiyac var, sadəcə Rusiya bunu istəmir. Eyni zamanda Ermənistanın daxilindəki siyasi qüvvələr də buna ciddi mane olmağa çalışır. Paşinyan da bundan çəkinir və məcburdur ki, sülhü uzatsın. Azərbaycanı Ermənistanın bu mövqeyi əsəbiləşdirir”.