“Boko Haram”ın lideri öldürüldübackend

“Boko Haram”ın lideri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son 72 saat ərzində Nigeriyanın xüsusi xidmət orqanları tərəfindən islamçıların əldə etdiyi səs yazıları “Boko Haram”ın lideri Abubəkr Şekaunun öldürüldüyünə dəlalət edir.
TİA.AZ  “Report”a istinadən xəbər verir ki, bu barədə “Daily Nigerian” qəzeti milli kəşfiyyat cəmiyyətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Şekau 19 may tarixində “Qərbi Afrikada İslam dövləti” (ISWAP) cinayət qruplaşmasının üzvləri ilə atışmada qətlə yetirilib.
Bildirilib ki, Şekau kiçik bir dəstə ilə Sambis meşəsindəki qərargahında mühasirəyə düşüb. O, təslim olmaqdan imtina edib.
2013-cü ildə ABŞ onun tutulması üçün 7 milyon ABŞ dolları mükafat təyin etmişdi.