BNA ZƏRƏRLƏ İŞLƏYİRMİŞ, TENDERLƏRDƏ MİLYONLAR YEYƏN VÜSAL KƏRİMLİYƏ KİM İNANAR?! – FAKTbackend

BNA ZƏRƏRLƏ İŞLƏYİRMİŞ, TENDERLƏRDƏ MİLYONLAR YEYƏN VÜSAL KƏRİMLİYƏ KİM İNANAR?! – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi demə, zərərlə işləyirmiş. Paytaxtda sürücülərə kol dibində gizlənib cərimə yazan, bu illər ərzində şəhərdə normal parklanma təşkil etməyən, dayanacaqlarda monitorları işləməyən, yenilənməyən, amma müxtəlif tenderlər keçirərək böyük pullar həzm-rabedən keçirən qurum indi ziyanla işlədiyini bildirir.
TİA.Az xəbər verir ki, BNA təkcə 2021-2022-ci illərdə satınalımalara 14 960 810 manat xərcləyib. Yəni təxminən 15 milyon manata yaxın vəsait edir. Amma ortalıqda hər hansı effektiv iş, layihə həyata keçirildiyini söyləmək çətindir. Ümumiyyətlə, qurum 2018, 2019 və 2020-ci illəri də zərərlə başa vurub.

BNA-nın 2019-cu il yanvarın 1-nə aktivləri 139,699 milyon manat olub, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri formalaşıb. Bəs, bu struktur zərərlə fəaliyyət göstərirsə, tender pulları hara xərclənib. Görünür, qurumun İdar Heyətinin sədri Vüsal Kərimli dövlətin diqqətin çəkməyə, dotasiya almağa çalışır. Üstəlik, BNA Bakı meriyasının tabeliyinə verilməklə hansısa dəyişikliklər olacağı gözlənilir. Çünki BNA özünü doğrulda bilməyib və ictimai nəqliyyatın idarə olunması, parklanmanın təşkilində ölkə başçısının gözləntilərini, tapşırıqlarını yerinə yetirməyib. İndi də BNA zərərlə işlədiyini deyir, kim inanar?!

TİA.Az