BNA satınalmaları necə gizlədir? – Vüsal Kərimlinin “ailə podratı”, şirkətləri…backend

BNA satınalmaları necə gizlədir? – Vüsal Kərimlinin “ailə podratı”, şirkətləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin Mustafayevin adı qarışan böyük korrupsiya skandalı ört-basdır edilməkdədir.

TİA.Az xəbər verir ki, hələ 2017-ci ildə Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilmişdi. Tenderin qalibi Elçin Mustafayevin faktiki sahibi olduğu “Econ” şirkəti idi.

Dövlət büdcəsindən 2 milyondan artıq vəsait bu məqsədə sərf olunub, amma iş icraçısı Ricat Arif oğlu Şeyxəliyevin pulu verilməyib.

Əslində sözügedən şirkət və onun rəhbəri olan BNA sədrinin müavini barəsində araşdırma aparılmalıydı. Üstəlik, BNA İH-nin sədri Vüsal Kərimlinin də bu maxinasiyadan xəbəri olmaması mümkün deyildi. Deməli, onun da korrupsiyada rolu olub və işi bağlaya biliblər.

Çox maraqlıdır ki, BNA saytına daxil olanda qurumun satınalmaları haqda yalnız 2020-ci il məlumatlarına rast gəlmək olur. 2021-ci ildə isə hansı tenderlər, satınalmalar həyata keçirilməsi barədə məlumat verilmir. Qurum müəmmalı səbəbdən satınalmaları ictimaiyyətdən gizlədib. Sadəcə, bu fakt diqqətdən yayınıb.

Lakin ayrı-ayrı saytlarda gedən xəbərlərə görə, bu ilin iyulunda Bakı Nəqliyyat Agentliyinin (BNA) balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satin alınması üzrə müsabiqənin qalibi “MG Construction” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 498 039.65 AZN-dir.

Həmçinin, avqustda BNA qanunsuz parklanmalara, dayanma və durma qaydalarını pozan sürücülərə qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin müəyyən edilmiş qaydada fəaliyyəti üçün Sistemə göstəriləcək 12 (on iki) aylıq texniki dəstək xidmətinin və digər aidiyyəti texniki işlər”in satın alınması üzrə müsabiqəyə yekun vurub.

Satınalma müsabiqəsinin qalibi “Mobilex” MMC olub. BNA göstərdiyi xidmət müqabilində şirkətə 425 137.1 manat ödənməliydi.

Bundan başqa, Vüsal Kərimli “Baku-bus”da ailə posrat yaradıb. Cənub zonasında qohum-əqrəba qoymayıb, hərəsinə bir vəzifə verib. Ümumiyyətlə, Kərimovlar bu şirkətdə hegemonluq edirlər. Əmisi oğlu Amil Kərimov şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur. Kərimov Camal Ziyad oğlu yaxın qohumu sayılır. Onun əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub.

V.Kərimli əmisi qızı olduğu üçün Məhərrəmova Zəminə Naib qızının İnsan Resursları üzrə şöbə müdiri təyin edilməsinə nail olub. V.Kərimlinin sinif yoldaşı Fərid Əsədli şirkətdə “İTT” adlanan şöbənin müdiridir.

V.Kərimlinin əmisi oğlu Amil Kərimovun qaynı Röyal Hüseynov mühafizə xidmətində işləyir. Vüsal Kərimlinin qohumu və ən yaxın adamı olan Anar Abdullayev heç bir bacarığı olmadan dispetçer şöbəsində oturub əmək haqqı alır. Bacısı qızı Amaliya xanım V.Kərimlinin katibəsi işləyir.

Ümumiyyətlə, gözləntiləri tam doğrulda bilməyən BNA rəhbəri qısa zamanda oliqarxa çevrilib. Bunu onun şirkətlərinin siyahısı təsdiqləyir.

Belə ki, Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimli 2010-vu ilin sentyabrında qeydiyyatdan keçmiş “Global Value Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) (VOEN2001785791) təsisçisi və qanuni təmsilçisidir.

BNA rəhbərinin təsis etdiyi daha bir şirkət – “GMSA” MMC isə 2014-cü il martın 14-də Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Vüsal Kərimlinin təsisçisi olduğu “GMSA” MMC ilə eyni ünvanda 2014-cü ilin dekabrında “K GROUP” MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 3000010.00 manat, qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yadadılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarlndan biridir, avtobuslara kart oxuyan cihazlar – validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunur.

TİA.Az