BNA ƏMƏKDAŞI MAŞINDA OTURAN SÜRÜCÜYƏ CƏRİMƏ YAZDI, QAÇDI – FOTObackend

BNA ƏMƏKDAŞI MAŞINDA OTURAN SÜRÜCÜYƏ CƏRİMƏ YAZDI, QAÇDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin müfəttişləri kol dibində gizlənib cərimə yazmaq vərdişlərini tərgitməyiblər. TİA. Az xəbər verir ki, bu dəfə sürücü Tufat Hüseynov BNA əməkdaşının rüsvayçı hərəkətini ifşa edib. Onun sözlərinə görə, hadisə Xətai metrosunun yanı, Ayaz İsmayılov 73 A ünvanında olub. Ərazidə nə xəbərdarlıq nişanı var, nə yerdə xətt çəkilib, amma BNA işçisi dayanma-durma cəriməsi yazıb. Bu yerdə illərdir ki, yerli sakinlər maşınlarını park edir, hətta sarı jiletli parkovka işçisinə gündəlik ödəniş edirlər. Amma həmin ərazidə cərimə yazılıb. T. Hüseynov deyir ki, özü maşında ola-ola BNA əməkdaşı arxada gizli çəkməyə başlayıb. : Maşından düşüb dedim ki, nə edirsən? Qayıtdı ki, ay daaa, maşının içindəsən? Görmədim deyib getdi. Amma cərimə tətbiq olundu. Şikayət eləmişəm, 141 xidmətinə müraciət etmişəm, veclərinə deyil”.

TİA. Az