BNA-dan daha bir absurd qərar – Ekspert açıqladıbackend

BNA-dan daha bir absurd qərar – Ekspert açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün rəqəmsal baxımdan nəhs gündür. ABB-nin absurd “soyad dəyişiklik arayışı” tələbinin ardınca BNA paytaxtda sürət limitini 30km/saata endirməklə bağlı gözlənilməz, həm də absurd qərar verib.
Nə üçün absurd?

TİA.AZ xəbər verir ki, bu barədə İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib:
“İlk öncə qeyd edim ki, bu qərarla bağlı BNA-nın irəli sürdüyü arqumentlər, təhlükəsizlik, qəzaların minumuma endirilməsi baxımından indiki anda anlaşılan və məqbuldur.
Amma belə olmalı deyildi axı.
Çünki, dövlətin nəqliyyatı intellektual idarə etmək , ağıllı svetaforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud ORTA SÜRƏT HƏDDİNİ ARTIRMAQ , bununla tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti vardı.
Yəni, 130 milyon dəyəri olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəkı mövcud orta sürəti ARTIRMAQ olub .
Həmçinin, BNA parkovka məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə də dolayısıyla həmin orta sürətin ARTIRILMASI məqsədini qarşıya qoymuşdu.
Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nuişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün rəqəmsal və qeyri-innovativ addımlar paytaxtda orta sürəti ARTIRMAĞA, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub və son məqsəd də həm də məhz bundan ibarət idi.

Osman Gündüz qeyd edir ki, bunun qarşılığında isə əksinə, paytaxtda nəqliyyatı tənzimləməyə səlahiyyətli olan dövlət qurumu birdən -birə sürət həddini endirdi:
“Buradan belə qənaətə gəlmək olar ki, hökumət özü də fərqindədir ki, sektorda atılan innovartiv, intellektual və administrativ addımlar özünü doğrultmayıb.
Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir”.