BNA-DAN “AĞILLI” QƏRAR: MİNLƏRLƏ PİYADANIN YOLUNU KƏSDİ – FOTObackend

BNA-DAN “AĞILLI” QƏRAR: MİNLƏRLƏ PİYADANIN YOLUNU KƏSDİ FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi şəhərin Rəşid Behbudov küçəsi 27 ünvanında əcaib bir qurğu yerləşdirib. TİA.Az-ın xəbərinə görə, həmin qurğu düz pandus üzərində qoyulub. Bununla həm gözdən əlillərin yolu bağlanıb, həm də piyadaların yolu darısqallaşıb. Bu qurğunun hansı məqsədlə qoyulduğu məlum olmasa da, vətəndaşların hərəkətinə çətinlik yaradır.

Sosial şəbəkədə paylaşılan fotodan da görünür ki, BNA məntiqsiz iş görüb və getdikcə piyadalar üçün yer qalmayan Bakıda mərkəzi küçədəki bir yeri də özləri zəbt ediblər. Bu qərar sosial şəbəkədə gülüş və qınaq obyektinə çevrilib, BNA ağılsızlıqda günahlandırılıb. Bildirilib ki, hər gün minlərlə insanın keçdiyi piyada yolunu belə kəsmək ən azı vicdansızlıqdır.
BNA piyadaların təhlükəsizliyi haqda danışır, qurum rəsmiləri qurğunu hara qoymağı belə müəyyən edə bilmirlər. Pərvin Hacıyev adlı şəxs şərh yazıb ki, bu qurum dələduzluqla məşğuldur. Elvin Hüseynov isə yarızarafat replika atıb ki, BNA mətbuat katibi Mais Ağayev indi “Məlikməmməd” nağılı danışacaq.

TİA.Az