Tribuna İnformasiya Agentliyi

BMT: “Xərçəng ölüm əmrinə çevrilib”

24 Mart

Kasıb ölkələrin əksəriyyətində xərçəng ölüm əmri kimi bir şeydir. Ona görə ki, bu ölkələrdə xəstəliklə mübarizə vasitələri demək olar ki, çatışmır. 

Kasıb ölkələrin əksəriyyətində xərçəng ölüm əmri kimi bir şeydir. Ona görə ki, bu ölkələrdə xəstəliklə mübarizə vasitələri demək olar ki, çatışmır.

TİA.AZ xəbər verir ki, bunu BMT-nin Hartumda təşkil etdiyi konfransda çıxışı zamanı ekspertlər söyləyib. Onlar Afrikada, Yaxın Şərqdə və Şərqi Asiyada xərçəng xəstələrinin sağalması üçün daha çox maliyyə vəsaitinə ehtiyac olduğunu bildiriblər.

Konfransda BMT ekspertləri xərçəng xəstəliyi ilə bağlı statistik göstəriciləri də yayıblar. Belə ki, hər il xərçəngdən dünyada 8,8 milyon insan ölür. Bunların 70%-i inkişafda olan ölkələrin payına düşür. Bəzi Afrika ölkələrində onkoloji xəstələrin 15%-i 5 ildən az yaşayırlar.