Tribuna İnformasiya Agentliyi

BMT: Venesuelada 40 nəfər öldürülüb, 850 nəfər həbs edilib

29 Yanvar
Birləşmiş Millətlər Təşkilatı Venesuelada son günlərdə baş verən hadisələrdə 40 nəfərin öldüyünü, 850 nəfərin həbs edildiyini açıqlayıb.
TİA.AZ Euronews-a istinadən xəbər verir ki, BMT sözçüsü Rupert Kolvilin sözlərinə görə, 26 nəfər hökumət qüvvələrinin atəşi nəticəsində, 5 nəfər ev basqını, 11 nəfər isə talançılıq hadisələri zamanı öldürülüb. 21-26 yanvar tarixlərində 850 nəfər saxlanılıb, onlardan 77-si azyaşlıdır.
Qeyd edək ki, 23 yanvarda Milli Məclis sədri Xuan Quaydo hazırkı prezident Nikolas Maduronun hakimiyyətdə olmasına baxmayaraq özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. Müxalif qüvvələrin Maduro hökumətinə qarşı nümayişləri hələ də davam edir.