BMT: Ukrayna müharibəsində 1 180 nəfərədək mülki şəxs həlak olubbackend

BMT: Ukrayna müharibəsində 1 180 nəfərədək mülki şəxs həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək azı 1 179 ukraynalı mülki şəxs həlak olub, daha 1 860 nəfər yaralanıb.

TİA.AZ bildirir ki, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən martın 29-dək 3 milyon 901 min 713 ukraynalı Ukrayna ilə qonşu dövlətlərin sərhədlərini keçib.

Eyni zamanda, ukraynalı qaçqınların yarıdan çoxu (2 314 623 nəfər) Polşaya gedib. Ondan sonra Rumıniya (602 461), Moldova (385 222), Macarıstan (359 197) və Slovakiya (278 238) gəlir.

 

Fevralın 18-dən fevralın 23-dək olan müddətdə Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 113 min nəfər Rusiyaya keçib.