BMT Rusiyanı öz ordusunu Dnestryanıdan çıxarmağa çağırdıbackend

BMT Rusiyanı öz ordusunu Dnestryanıdan çıxarmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsinin lehinə 64, əleyhinə 15 ölkə səs verib, 83 ölkə bitərəf qalıb.

 

Qətnamənin Moldova tərəfindən Gürcüstan, Kanada, Latviya, Litva, Rumıniya, Ukrayna və Estoniya ilə birgə irəli sürüldüyü bildirilir.

 

Qətnamə sülhməramlı qüvvələrin tərkibində olan Rusiya qoşunlarının Dnestryanıdan dərhal və tam şəkildə çıxarılmasına çağırır.

 

Həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə xarici hərbi qüvvələrin Moldova ərazisindən tam çıxarılması məsələsinin daxil edilməsi qərara alınıb