Tribuna İnformasiya Agentliyi

BMT-nin nümayəndəsi Ekologiya Nazirliyində

15 İyul

15 iyul 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin müavini, BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının Baş Katibi İbrahim Tyao ilə görüş keçirilib.

TİA.AZ  xəbər verir ki, görüş zamanı Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb, bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.