Tribuna İnformasiya Agentliyi

BMT İŞİD-çilərin sayını açıqladı

14 Avqust
BMT Təhlükəsizlik Komissiyasının hesabatına görə Suriya və İraqda hələ də 20-30 min İŞİD üzvü var.
TİA.AZ xəbər verir ki, hesabatda Əfqanıstanda İŞİD üzvü terrorçuların sayı 3500-4500 nəfər göstərilib. Liviyada isə bu rəqəm 3-4 mindir. İraqda, Suriya və İordaniya sərhədində İŞİD qruplaşmalarının olduğu vurğulanıb. Hesabatda bildirilir ki, Suriyada ən güclü terror təşkilatı “Əl Nüsrə”dir. Bu ölkədəki neft gəlirlərinin bir hissəsi isə hələ də İŞİD-ə gedir.
Somali, Yəmən və Cənubi Asiya ölkələrində isə “Əl Qaidə” terror təşkilatı liderlik edir. Yəməndə 250-500 İŞİD, 6-7 min “Əl Qaidə” üzvü var. Afrikanın Mali və Niger dövlətlərində İŞİD terror təşkilatı hələ də öz gücünü qoruyur. Bölgədə “Əl Qaidə”yə bağlı “Jama’at Nusrat al-Islamwal-Muslimin” qruplaşması da ağalıq edir. Somalidə “Əl Qaidə”yə bağlı “Əş Şəbab” terror təşkilatı fəaliyyət göstərir.