Tribuna İnformasiya Agentliyi

BMT Gürcüstanın Rusiya tərəfindən işğalını tanıdı

13 İyun
Bu gün iyunun13-də BMT Baş Assambleyası səs çoxluğu ilə “ Abxaziya və Cənubi Osetiyadan ( Gürcüstan) köçürülmüş qaçqınların statusu” haqqında qətnamə qəbul edib.
Moderator.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, BMT Rusiyanı beynəlxalq normalara əhəmiyyət verməyən işğalçı ölkə kimi mühakimə edib.
“ Rusiyanın işğalçı hakimiyyətini bu qanunsuz praktikaya son qoymağı, Beynəlxalq humanitar hüququn tələblərinə cavab verən öhdəlikləri yerinə yetirməyə çağırırıq”-sənəddə belə deyilir.
Gürcüstanın beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinə hörmətlə yanaşma tövsiyyə olunur.