BMT: Bəşəriyyəti “İncil miqyaslı” qıtlıq gözləyirbackend

BMT: Bəşəriyyəti “İncil miqyaslı” qıtlıq gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzaq təhlükəsizliyinin təmin edilməyəcəyi təqdirdə koronavirus pandemiyası səbəbindən bəşəriyyət kütləvi aclıq təhlükəsi ilə üzləşə bilər.

RT-nin məlumatına görə, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli bildirib.

“İndi hazırlaşmağa başlamasaq və tədbir görməsək, bir neçə aydan sonra “İncil miqyasında” qıtlıqla üzləşə bilərik”, – deyə o bildirib.

D.Bizli dünyada hərbi əməliyyatların iştirakçılarına da müraciət edərək, onları əhaliyə humanitar yardımdan istifadə imkanı təmin etməyə çağırıb.

O, həmçinin dünyada humanitar yardımın paylanmasını təmin edəcək logistika şəbəkəsinin yaradılmasına 350 milyon dollar sərmayə qoyulmasının vacibliyini vurğulayıb.