Tribuna İnformasiya Agentliyi

BMT: Aralıq dənizində 1500 miqrant boğulub

04 Avqust
BMT Ali Miqrant Komissiyası bu ilin geridə qalan 7 ayı ərzində Aralıq dənizində 1500-dən çox miqrantın dünyasını dəyişdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, açıqlamada bildirilir ki, 850 nəfər iyun-iyul aylarında həlak olub. 60 min miqrant bu il Aralıq dənizi vasitəsilə Afrikaya keçib. İnsanlar tranzit ölkə kimi İtaliya, Malta və İspaniyadan istifadə edir. Bu il qapılarını miqrantlara açan İspaniya 23 min 500 nəfəri qəbul edib.