“Bloomberg”: “Facebook” “WhatsApp” üçün kriptovalyuta hazırlayırbackend

“Bloomberg”: “Facebook” “WhatsApp” üçün kriptovalyuta hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” şirkəti “WhatsApp” istifadəçilərinə öz aralarında pul köçürmələrini həyata keçirməyə imkan verəcək kriptovalyutanın yaradılması imkanını nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlikdən bildiriblər ki, şirkət rəqəmsal valyuta növü olan və ABŞ dollarına bağlılığı nəzərdə tutan “stablecoin”un işlənib hazırlanması ilə məşğuldur. Qeyd olunub ki, bu, yeni kriptovalyutanın kursunun dəyişkənliyini azaltmağa imkan verəcək.

Agentliyin məlumatına görə, “Facebook” hələ rəqəmsal ödəniş vasitəsinin buraxılışından uzaqdır, çünki şirkətdə hələ də layihənin detalları üzərində işləyirlər.